Yazını böyüt
Yazını kiçilt
Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar.
Hafta.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir. Bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o məsələyə baxıla bilər.